ADP rəhbərliyi cənub regionunda olub

img

29-04-2011 [02:42]


ADP sədrinin 1-ci müavini Həsrət Rüstəmov və partiyanın təşkilat şöbəsinin əməkdaşı Daşqın Nuriyev İdarə Heyətinin qərarı ilə Respublikanın cənub bölgəsində səfərdə olublar. Səfər zamanı bu bölgədəki rayonlarda fəaliyyət göstərən partiya təşkilat rəhbərləri ilə görüşən İdarə Heyəti üzvləri yerli təşkilatların fəaliyyəti və bölgədəki ictimai siyasi vəziyyətlə maraqlanıblar. Eyni zamanda Respublikada və dünyada gedən son proseslər və partiyanın mərkəzi qurumlarının baş verən siyasi hadisələrə münasibəti haqqında rayon təşkilatı rəhbərlərinə məlumatlar verib, müvafiq tapşırıq və təlimatlar onların diqqətinə çatdırılıb. Səfər çərçivəsindəki görüşlər iki gün davam edib və Salyan, Biləsuvar, Masallı, Lənkəran və Astara rayonlarındakı partiya təşkilatlarını əhatə edib. Xatırladaq ki, bundan öncəki həftə partiya rəhbərliyinə daxil olan şəxslər Muğan bölgəsində olmuşdular. İH-nin qərarına əsasən bu cür səfərlərin digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA