Müxalifət mitinqlə bağlı sabah qərar verəcək

img

28-04-2011 [08:29]


Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Koordinasiya Şurasının üzvü Ədalət Yusubov ?Media forum? saytına açıqlamasında deyib ki, Müsavat başqanı İsa Qəmbərin sədrliyi ilə keçirilən iclasda 14 üzvdən 11-i iştirak edib. Koordinasiya Şurasının iclasında İctimai Palatanın aprelin 29-da Müsavat Partiyasının qərargahında keçiriləcək sessiyasına hazırlıq məsələlərinə baxılıb. Qərara alınıb ki, sessiyada üç məsələ - İctimai Palataya üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət və kütləvi aksiyalara hazırlıq müzakirə olunsun. 50-dən artıq şəxsin İctimai Palataya üzv qəbul edilməsi məsələsinə baxılacaq. Ədalət Yusubovun sözlərinə görə, bu gündən İctimai Palatanın Koordinasiya Şurasının iclaslarına sədrlik Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluna keçib: ?29 aprel sessiyasına Hacı İlqar İbrahimoğlu sədrlik etməlidir. Lakin İlqar bəy dedi ki, sessiyada mühüm siyasi qərarlar qəbul olunacağından toplantıya siyasətçilərdən biri rəhbərlik etməsi məsləhətdir. Yəqin ki, sessiyaya siyasətçilərdən biri rəhbərlik edəcək?. İctimai Palatanın 2 aprel mitinqinə görə açılan cinayət işi üzrə şahid qismində dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılan Müsavat Partiyasının başqanı İsa Qəmbər sessiyada iştirak edə bilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA