ümid Partiyasının qərargahında imtahan olacaq

img

28-04-2011 [03:40]


Aprelin 30-da Ümid Partiyasının qərargahında partiyanın Dairə Seçki Komissiyalarında təmsil olunmaq üçün namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. Bu barədə partiya funksioneri Razi Abasbəyli məlumat verib. ?Şənbə günü qanunvericiliklə bizə düşən dairələr üzrə namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. İmtahanın nəticələrindən asılı olaraq həmin namizədlər Rəyasət Heyyəti qarşısında müsahibəyə dəvət ediləcək və yalnız bundan sonra həmin nümayəndələrin DSK-lara göndərilməsi ilə bağlı qərar veriləcək. İmtahan partiyanın Rəyasət Heyyətinin qərarı ilə yaradılan komissiya tərəfindən keçiriləcək. Hazırlanmış suallar, partiya və seçki prossesi, eyni zamanda seçki qanunvericiliyi ilə bağlı olacaq? deyə R.Abasbəyli bildirdi. Bu imtahanın keçirilməsində əsas məqsədimiz ondan ibarətdir ki, dairələrə göndərilən nümayəndələrin partiyaya bağlılığı, siyasi kursumuzu layiqincə təmsil etmələri, o cümlədən də bu günə qədər partiya üçün gördükləri işləri təftiş etmək və bundan sonra partiyanın nümayəndəsi kimi seçki komissiyalarında təmsilçilikdə layiqli ola bilməsini əsaslandırmasını müəyyənləşdirəcəyik deyə həmsöhbətimiz bildirdi. Qeyd etdi ki, bu imtahan və ikinci mərhələ kimi müsahibələr növbəti mərhələdə yerlərdə də həyata keçiriləcək. ?Dairə Seçki Komissiyalarından sonra, məntəqə seçki komissiyalarına veriləcək namizədlərlə də imtahan və müsahibələr keçiriləcək. Yalnız bu prossedurlardan keçən şəxslərin məntəqələrdə təmsil olunması məsələsi barədə partiyanın ali orqanı qərar verəcək? deyə Ümid Funksioneri bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA