Messi Ronaldunu məğlub etdi

img

28-04-2011 [10:39]


?Barselona? klubu Çempionlar Liqasının yarımfinalı çərçivəsində Lionel Messinin dublü ilə ?Real?ı məğlub edib. Son 18 gün ərzində üçüncü ?El klassiko? Madriddəki ?Santyaqo Bernabeu? stadionunda keçirilib. Qarşılaşma əsəbi şəraitdə və sərt mübarizə ilə keçib. Almaniyalı baş hakim Volfqanq Ştark hər komandadan bir oyunçuya qırmızı kart göstərib və ?Real?ın baş məşqçisi Joze Mourinyunu tribunaya göndərib. Birinci hissənin sonunda ?Barselona?nın ehtiyat oyunçular skamyasındakı qapıçısı Xose Manuel Pinto qırmızı kart alıb. 61-ci dəqiqədə isə ?Real?ın müdafiəçisi Pepe meydandan qovulub, baş məşqçi Joze Mourinyu isə tribunaya göndərilib. Oyunda hesab 76-cı dəqiqədə açılıb. Lionel Messi fərqlənib. 87-ci dəqiqədə isə o komandasının ikinci qolunu vurub. ?Barselona? və ?Real? arasında cavab oyunu mayın 3-də ?Barselona?da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA