Kəmaləddin Heydərov boksçularımızı qəbul edib

img

04-07-2011 [11:23]


Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında uğurla çıxış etmiş idmançılarla görüşüb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin verdiyi məlumata görə, Federasiya prezidenti dövlət başçısı İlham Əliyev tərəfindən ölkəmizdə idmana və olimpiya hərəkatına xüsusi diqqət yetirildiyini deyərək, bunun nəticəsində bütün idman növlərində böyük uğurların əldə edildiyini bildirib: ?Komandamız Avropa çempionatında uğurla çıxış etdi. Medal qazanan boksçularla yanaşı, ilkin mərhələdə uduzanlar da pis təsir bağışlamadılar. Sentyabrda Bakıda lisenziya xarakterli dünya çempionatı keçiriləcək. İndi əsas məqsəd həmin yarışa yaxşı hazırlaşmaq və London Olimpiadasına mümkün qədər çox vəsiqə qazanmaq olacaq?. ABF-nin vitse-prezidenti Süleyman Mikayılov boksçulara göstərilən qayğıya görə, federasiya rəhbərinə təşəkkür edib. ABF-nin birinci vitse-prezidenti Ağacan Abiyev təkcə böyüklərdən ibarət komandada deyil, aşağı yaş qruplarında da yüksək nailiyyətlər əldə edildiyini xatırladıb. Avropa çempionatının qalibləri Salman Əlizadə, Teymur Məmmədov, bürünc mükafatçı Heybətulla Hacəliyev, milli komandanın çalışdırıcıları və şəxsi məşqçilərə pul mükafatları təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA