ADP Müsavat Partiyasındakı axtarızı pisləyir

img

27-04-2011 [04:49]


?Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun 26 aprel 2011-ci il tarixdə Musavat Partiyasının Qərargahında İctimai Palatanın fəaliyyəti ilə bağlı axtarış aparıb?. Bu fikirlər ADP-nin bəyanatında yer alıb. Bəyanatda bildirilir: ?ADP adları qeyd edilən hüquq mühafizə orqanlarının bu hərəkətini AR Konstitusiyasının 54-cü (Cəmiyyətin və dövlətin həyatında iştirak hüququ), 58-ci (Birləşmək hüququ), Siyasi Partiyalar Haqqında AR Qanunun 13-cü (Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri) maddələrinin kobud surətdə pozulması, o cümlədən Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərə zidd bir hərəkət kimi qətiyyətlə pisləyir, baş vermiş bu hadisəni hakimiyyət həddini aşmaq və kobud özbaşınalıq kimi qiymətləndirir?. ADP ölkə başçısını adları qeyd olunan hüquq mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərinə qiymət verməyə və bu qanunsuz hərəkətlərə yol verən dövlət məmurlarının cəzalandırılması istiqamətində addımlar atmağa çağırır. ADP beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verən bu rüsvayçı fakta siyasi qiymət verməyə və Azərbaycan hökumətinə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirmək istiqamətində özlərinin təzyiq vasitələrindən istifadə etməyə çağırır. ADP Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun bu hərəkətlərini Azərbaycanın onsuz da zəif olan beynəlxalq imicinə zərbə vurduğunu, hakimiyyətə qarşı müxalifət qüvvələrinin daha da radikallaşacağını və nəticədə baş verəcək bütün arzuedilməz hadisələrə görə bütün məsuliyyətin hakimiyyətin daşıyacağını bəyan edir. ADP Azərbaycan ictimaiyyətini baş vermiş bu hadisəyə biganə qalmamağa, hakimiyyət orqanlarının bu özbaşınalığına qarşı əsl vətəndaş mövqeyini ortaya qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA