AiDP sədri Hadı Rəcəblini, Fizuli Ələkbərovu və müxalifəti tənqid etdi

img

27-04-2011 [01:49]


Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı ölkəmizdə əlillərin durumunun acınacaqlı olduğunu deyib. Ölkədə sosial siyasətə fikir verilmədiyini deyən partiya sədri Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblini tənqid edib: ?Hadi Rəcəbli kimi adamlar parlamentdə yer tutmaqla işlərini bitmiş bilirlər. Halbuki ölkədə sosial siyasət yox dərəcəsindədir?. Hər il dekabr ayının 2-də Əlillər günündə bir-iki əlili telekanallara və mətbuata çıxarıb özlərini təriflətdiklərini deyən AİDP sədri fiziki cəhətdən məhdudiyyətli insanların addımbaşı əziyyətlə üzləşdiklərini bildirib: ?İndi təzə yol kecidləri açılır. Guya əlil arabalarının kecməsi üçün xüsusi yerlər qoyulur. Qoyulan yerlərdən nəinki adi, heç super imkanları olan əlil arabası da keçə bilməz. Qoy hökumət o yerlərin çertyojunu çəkən, o yerleri düzəldən adamı əlil arabasına oturdub oradan kecməyə məcbur eləsin, görüm necə keçəcək. Bundan başqa heç bir pandus, lift əlil arabalarına uyğunlaşdırılmayıb. Səkilərdə onların rahatlığı üçün şərait yaradılmayıb. Bütün səkilər maşın dayanacağına çevrilib. Buradan salamat adamlar keçə bilmir, görün indii əlilllər nə çəkir?. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin bu məsələyə diqqət göstərməydini deyən AİDP sədri bildirib ki, əlillərin əksəriyyəti bu nazirliyin fəaliyyətindən narazıdır: ?Maşın paylamaqla işlərini bitmş hesab edirlər. Digər məsələlərə də diqqət göstərmək lazımdır. Əlil var ki, onun maşına deyil, əlil arabasına, diqqətə, küçələrdə hərəkət edə biləcəyi yola ehtiyacı var?. AİDP sədri cəmiyyətdə əlillərə olan münasibətdən də narazıdır: ?Çoxları elə güman edir ki, əlil arabasında oturanlar kuçələrə məhz dilənmək üçün çıxırlar. Təbii ki, bu münasibət dəyişməlidir. Çıxış yolu ölkədə sosial siyasətin bərqərar olması, xüsusilə də əlillərə diqqət göstərilməsi ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım verən təşkilat imicindən qurtarmalı daha geniş fəaliyyət göstərməlidir?. Müxalifəti əlillərə diqqət göstərməyə, onlardan mübarizə yollarını öyrənməyə çağıran T.Abbaslı hesab edir ki, belə insanlara bütün cəmiyyət diqqət göstərməli, onların həyat eşqindən, həyatda var ola bilmək üçün apardıqları mübarizədən örnəklər götürməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA