Bayram Səfərov: "Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır"

img

26-04-2011 [01:53]


?Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir?. Bu fikirləri YAP-ın saytına açıqlamasında ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, Dağlıq Qarabağa hər hansı status məhz azərbaycanlıların bu bölgəyə qayıdışından sonra reallaşa bilər. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan dövlətinin tutduğu mövqe tam ədalətlidir. Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə təhlükəsiz şəraitdə yaşaması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan icma rəhbəri qeyd edib ki, hər iki icma əvvəllər olduğu kimi normal yaşayıb fəaliyyət göstərmək iqtidarındadırlar. ?Dağlıq Qarabağda sadə ermənilər Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyirlər, onlar həmin günü çoxdan gözləyirlər. Sadəcə, separatçı rejim, məkrli qüvvələr buna imkan vermir. Təbii ki, sülh şəraitində yaşamaq üçün separatçı rejimin fəaliyyətinə son qoyulmalıdır. Biz Azərbaycan Prezidentinin münaqişənin həlli istiqamətində apardığı siyasətə inanırıq və ümid edirik ki, keçirilən görüşlər, danışıqlar müsbət nəticə verəcək. Ermənistan anlamalıdır ki, onların Azərbaycan toraqlarını işğaldan azad etməkdən başqa şansları yoxdur?- deyə B.Səfərov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA