Fəzail Ağamalı seçicilərinin qaz problemini həll edir

img

23-04-2011 [05:56]


60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Milli Məclisin deputatı seçilən Fəzail Ağamalı seçicilərinin problemlərinin həlli istiqamətində müvafiq addımlar atmaqdadır. Bu barədə MİA-ya məlmat verən deputatın köməkçisi Həsənbala Həsənov hazırda yeli əhalinin qaz probleminin həll edilməsinə çalışılır: ?Fəzail müəllim bu ilin fevral ayında seçiciləri ilə görüşləri zamanı qaldırılmış problemlərin həlli istiqamətində görülən tədbirlərin nəticələri ilə yerində tanış olmaq üçün aprel ayının 22-də Salyan rayonunun Qarabağlı, Təzəkənd və Gomuşlu kəndlərinin əhalisi ilə görüşüb. Görüşdə Azərqaz İstehsalat Birliyinin məsul işçisi Vaqif Namazov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseynqulu Mənsimov, Salyan rayon Qaz İstismar İdarəsinin rəisi Şirzad Mahmudov iştirak ediblər. Seçicilər qeyd etdilər ki, fevral ayında keçirilən görüşlər zamanı qaldırılan problemlərin bəziləri öz həllini tapmış, bəzi problemlərin həlli istiqamətində əməli tədbirlər görülür. Çox təəssüf ki, Qarabağlı, Təzəkənd və Gomuşlu kəndlərinin təbii qazla təminatında mövcud olan problemlər hələ də qalmaqdadır. Seçicilər artıq bir aya yaxındır ki, qazın həmin kəndlərə verilməsinin dayandırılması ilə bağlı sərt mövqe nümayiş etdirdilər?. H.Həsənov onu da qeyd edib ki, millət vəkilinin təşəbbüsü ilə Qarabağlı inzibati ərazisinin əhalisi ilə görüşə gələn Azərqaz istehsalat Birliyinin məsul əməkdaşı Vaqif Mahmudov vəziyyətlə tanış olub və problemin ciddiləşdiyini Dövlət Neft Şirkətinin rəhbərliyi qarşısında qaldıracağını vəd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA