KXCP mitinqdəki zorakılığı pisləyir

img

20-04-2011 [10:59]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. MIA-nın xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib: İdarə Heyəti 17 aprel etiraz aksiyası iştirakçılarına qarşı polis zorakılığını qətiyyətlə pisləyərək həbs olunanların dərhal azad olunmasını tələb edir. İdarə Heyəti insan haqlarının qorunmasının Azərbaycanın dünyada inkişafına böyük və ciddi təsir edəcəyi qənaətindədir. KXCP hakimiyyətdən Azərbaycan müstəqilliyinin 20 illiyi münasibətilə müstəqilliyimizin bərpasına imza qoymuş şəxslərə layiq olduqları qiyməti verəcəyini güman edir və bu şəxslər sırasında olmuş Arif Hacılının həbsdən azad olunacağına inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA