ViP Siyasi Şurasının yeni tərkibdə ilk yığıncağı keçirilib

img

20-04-2011 [02:32]


Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının yeni tərkibdə ilk yığıncağı keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın gücləndirilməsinə yönəlik tədbirlər planı və cari məsələlər müzakirə olunub. Birinci məsələyə dair detallı çıxış edən VİP sədri Əli Əliyev son parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyəti ətraflı təhlil edib və regionda baş verən proseslərin Azərbaycana mümkün təsiri haqqında fikirlərini bölüşüb. Ə.Əliyev çıxışında müxalifətdaxili inteqrasiya məsələlərinə geniş yer ayırıb və VİP ilə ALP-nin bu istiqamətdə irəli sürdüyü birgə təşəbbüsün hər hansı formada nəticə verəcəyinə inandığını bildirib. Bu məsələyə münasibət bildirən Siyasi Şura üzvləri VİP-in ölkədaxili siyasi proseslərdə tutduğu mövqenin davam etdirilməsinin vacibliyini vurğulayıblar. VİP-in fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının müzakirəsi zamanı partiyanın Qadınlar Təşkilatı və Ağsaqqallar Şurasının formalaşdırılması, eyni zamanda Gənclər Təşkilatının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini önə çəkiblər. Müzakirələrdə partiyala üzvlərinin qeydiyyatının sistemləşdirilməsi, partiyadaxili durum və VİP-in kütləvi tədbirlərə hazırlıq mexanizminin təkmilləşdirilməsi kimi məsələlər diqqət mərkəzinə gətirilib. Bundan başqa, təbliğat məsələlərinə dair müəyyən təkliflər irəli sürülüb. İclasda VİP-in Bakı şəhəri və kənd rayonları üzrə yerli təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Siyasi Şura üzvləri arasında vəzifə bölgüsü aparılıb. Sonda carı məsələlərə baxılıb və uyğun qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA