MMP aprelin 23-də mitinq keçirməyə qərarlıdır

img

20-04-2011 [02:21]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin, Mitinq Komitəsinin və rayon təşkilat sədrlərinin, Qərbi azərbaycanlıların Əlaqələndirmə Şurasının, həmçinin fəal gənclərin iştirakı ilə geniş toplantısı keçirilib. Toplantıda MMP-nin keçirəcəyi mitinqin detalları müzakirə edilib. Müzakirələr zamanı məlum olub ki, aksiya üçün nəzərdə tutulan bütün texniki məsələlər həll olunub. Aksiyanın keçirilməsi üçün MMP-nin BŞİH-nə ünvanladığı məktuba bu günə qədər cavab verilməməsi yeganə problem kimi dəyərləndirilib. Qərara alınıb ki, BŞİH-dən mitinq gününə hər hansı bir cavab alınmazsa, partiya həmişəki kimi icazəsiz Bakının mitinqə münasib meydanlarının birində etiraz aksiyasını keçirsin. Mitinq Komitəsi bu dəfə də aksiyanın keçirilməsində gənc fəallardan və Qərbi azərbaycanlılardan kömək istəyib. Fəal MMP-çilər və Qərbi azərbaycanlılar gələcəkdə keçiriləcək hər hansı bir aksiyanın təşkilində və keçirilməsində fəal olacaqlarına söz veriblər. Toplantıda həmçinin aksiyanın texniki və təşkili məsələlərinə yenidən nəzər yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA