ViP və ALP 17 aprel aksiyasında həbs olunanların azadlığa buraxılmasını tələb edir

img

20-04-2011 [12:24]


?Azərbaycan hakimiyyəti daxili qüvvələrin və sivil dünyanın çağırışlarına məhəl qoymayaraq, ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquqlarından istifadəsinə imkan vermir. Vətəndaşların xüsusilə sərbəst toplaşmaq və özünüifadə azadlığını məhdudlaşdıran hakimiyyət dinc kütləvi aksiyaların qarşısını amansızlıqla alır. Bunun nəticəsində aksiya iştirakçıları polis zorakılığına məruz qalır və həbs olunurlar?. Bu fikirlər Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə bəyanatında yer alıb: ?Bu sırada bəzi müxalifət partiyalarının 2011-ci il aprelin 17-də keçirməyə çalışdığı kütləvi aksiya da istisna olmadı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının aksiya iştirakçılarına qarşı güc tətbiqi nəticəsində onlarla insan xəsarət alıb və həbs edilib. Çox təəssüf ki, polis zorakılığı bu dəfə azyaşlı uşaqlardan da yan keçməyib və 5 yaşlı bir qız uşağı polis maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb. 17 aprel aksiyası ilə bağlı daha bir təəssüf doğuran məqam polisin saxladığı AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində məhkəmə tərəfindən 5 sutkalıq həbs cəzasının çıxarılmasıdır. Məhkəmənin bu qərarı cəmiyyətdə haqlı narazılıqla qarşılanıb?. ALP və VİP hakimiyyətdən vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağı və 17 aprel aksiyası zamanı həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA