ATƏT hakimiyyətə müxalifətlə anlazmağı təklif edir

img

19-04-2011 [05:26]


?Rəsmi məlumatlara əsasən, İctimai Palatanın həyata keçirməyə cəhd etdiyi 17 aprel nümayişi zamanı 65 nəfər saxlanılıb. Müxalifət partiyaları isə 150 nəfərin saxlandığını bildirir. Baş tutmayan nümayiş üçün bu sayda insanların saxlanması çox böyük rəqəmdir?. ATƏT-in Bakı Ofisinin İctimai Palatanın son aksiyasına dair aprelin 19-da AzadlıqRadiosuna verdiyi açıqlamada belə deyilir. Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov deyir ki, ATƏT-in Bakı Ofisinin müşahidəçiləri aksiya zamanı polisin həddən artıq önləyici tədbirlərə əl atdığını müşahidə ediblər: ?ATƏT-in Bakı Ofisi hesab edir ki, tərəflər siyasi dialoqu bərpa etməlidir. Çünki mitinqlər, siyasi aksiyalar xalqın özünü ifadə etmək azadlığıdır. Bu azadlıq bütün tərəflərə təmin olunmalıdır. Belə qərarların qəbul olunması zamanı bütün tərəflərin fikir və maraqları nəzərə alınmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA