AiDP müəllimlərin maazını artırmaq təkllifi ilə çıxız edib

img

19-04-2011 [12:59]


?Bu gün ölkədə ən acınacaqlı durumda yaşayan təbəqələrdən biri də müəllimlərdir. Müəllimlərin əksəriyyəti 150-200 manat maaş alır. Bu pulla necə dolanmaq olar?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı bildirib. Onun fikrincə hökumətin antikorrupsiya adı verdiyi proses çərçivəsində maaş artımı həyata keçirilməlidir və bu artım ilk növbədə müəllimlərə şamil olunmalıdır: ?Bu həm müəllimləri müəyyən qədər ələbaxımlıqdan xilas etmiş olar, həm də hakimiyyətin antikorrupsiya tədbirləri etimad qazanar?. AİDP sədrinin sözlərinə görə, indiki bazar qiymətləri ilə müqayisədə müəllimlərin maaşı qəpik-quruşdur: ?Bəyənmədiyimiz sovet hökuməti müəlləmə ən yüksək maaş verirdi. Bu mənada müstəqil dövlətin müəllminin acnacaqlı durumda yaşaması yaxşı hal deyil?. T.Abbaslı deyib ki, hökumət artımla bağlı müəyyən açıqlamalar versə də burada konkretlik yoxdur: ?Hesab edirəm ki,bir sıra sahələrdə, xüsusilə də təhsil sahəsində artım 5-10 faiz deyil, bir neçə dəfə artırılmalıdır?. ?Təhsil ölkənin dayağıdır? deyən partiya sədrinin fikrincə, bu sistemdə çalışanların güzəranı yaxışılaşmasa, bu sahədəki rüşvət halları azaldılmasa digər sahələrin inkişafı və rüşvətdən xilası çətin məsələdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA