Zakir Qaralov: "Əli Kərimlinin kimin sifarizini yerinə yetirdiyi bizə məlumdur"

img

15-04-2011 [01:34]


?Azərbaycanda radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir". Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. "Bu sifarişlərin haradan qaynaqlandığı bizə məlumdur. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub, bütün ictimai-siyasi prosesləri qanunlar tənzimləyir. Əgər hər hansı aksiyanın keçirilməsinə icazə verilmirsə, həmin qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq?, - deyə Zakir Qaralov vurğulayıb. Baş prokuror 2 aprel aksiyasının təşkilatçı və iştirakçılarından 9 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib: ?Təşkilatçılar haqqında məsələyə istənilən vaxt baxıla bilər. Əli Kərimli qanuna hörmətlə yanaşmalı, gəncləri qanunsuzluğa, itaətsizliyə, zorakılığa sövq etdirməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA