YAP-çı deputat müxalifətin mitinqinə qiymət verdi

img

17-04-2011 [06:20]


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı İctimai Palatanın bu günkü aksiya cəhdini belə qiymətləndirib: "Milçəkdən fil düzəltmək istəyənlər var". "Azadlıq" radiosuna müsahibəsində millət vəkili bildirib ki, "Sahil" bağında mətbuatın, QHT-nın təmsilçiləri olsa da, aksiya iştirakçıları gözə dəyməyib: ?Bu, bir daha göstərir ki, Azərbaycanda, Bakıda insanlar bu cür aksiyalara mənfi münasibət göstərirlər. Bu iflasdır, radikalların iflası gözə qabağındadır. Bu dəqiqə bağda adamlar oturub dincəlir, girib-çıxır. Aksiya tərəfdarlarını mən görmədim. Mən əmin idim ki, onları görməyəcəyəm. Bu adamlar hay-küydən başqa heç nə edə bilmirlər?. M. Qurbanlı heç kimin saxlanmadığını bildirib: ?Kimsə ictimai asayişi pozubsa, araşdırılıb, buraxılacaq. Ajiotaj yaratmaq lazım deyil. Ərazidə çoxsaylı polis deyil, azacıq polis asayişi qoruyur. Polis müşahidə aparır ki, qeyri-qanuni hərəkətlərə yol verilməsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA