AIDP sədri: ?Hakimiyyət zəiflik və çarəsizlik nümayiz etdirir?

img

13-04-2011 [12:46]


?Hakimiyyətin vəd etdiyi islahatlar özünü xalqın istəyi səviyyədə göstərə bilmir. Xalq daha konkret və təsirli addımlar istəyir. Ona görə də korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, yol çəkilişləri, suya görə yaranmış borcun ləğvi vətəndaşlar arasında bir o qədər də müsbət qarşılanmır?. Bu fikri AİDP sədri hacı Tahir Abbaslı deyib. O bildirib ki, bütün bu proseslər daha çox gözdən pərdə asamağa bənzəyir. Onun fikrincə xalq bu məqamı görür: ?Mənə elə gəlir ki, yol çəkilişi, bələdiyyə sədrinin və bu kimi xırda vəzifəli şəxslərin həbsi heç nəyi dəyişməyəcək. Yerində olmayan yüksək vəzifəli şəxslər də az deyil. İslahatlar onlardan da yan keçməməlidir. Digər tərəfdən işlər elə aparılmalıdır xalqın həyatına müsbət təsir göstərsin. Amma təəssüf ki, belə deyil?. Xarici təşkilatların ölkəmizlə bağlı son açıqlamalarına hakimiyyətin kəskin reaksiyasa verməsinə münasibət bildirən AİDP sədrinin fikrincə YAP-ın və hakimiyyət nümayəndələrinin bu məsələdə hövsələsizlik nümayiş etdirməsi, acıqlı çıxışlar etməsi əslində ölkəmizdə vəziyyətin yaxşı olmadığını təsdiqləyən elementlərdir: ?Təbii ki, Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr, ölkəmizi parçalamaq niyyətində olan güclər indiki məqamda yararlanmağa çalışırlar. Amma bu o demək deyil ki, hakimiyyət ağına-bozuna baxmadan xarici təşkilatları tənqid atəşinə tutmalıdır. Əksinə islahat aparmaq istəyən hökumət bu məsələdə səbr nümayiş etdirməli, tənqidlərə gec də olsa real və təsirli işlərlə cavab verməlidir?. Mitinqlərdən sonra bəzi şəxslərin həbsdə saxlanmasına, bəzi gənclərin isə oxuduqları ali məktəblərdən qovulmasına münasibət bildirən T.Abbaslının fikrincə hakimiyyət bu addımları ilə üzərinə zəif, çarəsiz adı götürmüş olur: ?Ola bilsin ki, həmin tələbələrin kəsiri var, amma indiki məqamda belə addımın onun etirazlarla bağlı olduğuna işarə vermiş olur. Əgər belə qayda ilə işləyəndirlərsə həmin tələbələri bundan qabaq da xaric edə bilərdilər?. T.Abbaslı bildirib ki, hakimiyyət həbsdə olan siyasətçiləri azadlıba buraxsa, tələbələri isə oxuduqları ali məktəbə bərpa etsə daha yaxşı olar. Əks təqdirdə gördükləri işlərə inam yarada bilməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA