YAP-çılar Müsavat qarzısında aksiya keçirdi

img

09-04-2011 [01:16]


Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər birliyinin bir qrup üzvü Müsavat partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriblər. MİA-nın xəbərinə görə, aksiya iştiraçıları son dövrlər radikal müxalifətin apardığı siyasətə qarşı etirazlarını bildirmək üçün aksiya təşkil ediblər. 100-dən artıq gəncin iştirak etdiyi aksiyada "Ar olsun İsa Qəmbərə, ar olsun Əli Kərimliyə!", "Azərbaycan gəncliyi bu insanlara yox deyir!", "Yaşasın müstəqil Azərbaycan!" və sair şüarlar səsləndiriblər. Müxalifət əleyhdarları bildiriblər ki, Azərbaycan gəncliyi artıq öz seçimini edib və bu seçim Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevdir. Aksiya iştirakçılar onu da bildiriblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır. Qeyd edək ki, aksiya hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsindən sonra başa çatıb. Müdaxilə zamanı aqressivlik göstərən iki nəfər polis tərəfindən saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA