ViP-lə ALP-nin gəncləri Tural Abbaslının azadlığa buraxılmasını tələb edir

img

12-04-2011 [02:55]


Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiyası (ALP) Gənclər Təşkilatı (GT) b ə y a n a t verib. Bəyanatda deyilir: ?Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarını məhdudlaşdırmaq siyasətindən geri çəkilmək əvəzinə, mövqeyini daha da sərtləşdirməkdə davam edir. Hakimiyyət ölkədə normal siyasi fəaliyyət mühiti yaradılmasına dair davamlı çağırışlara əhəmiyyət verməyərək insanların sərbəst toplaşmaq və özünüifadə hüququnu tanımamaqda anlaşılmaz inadkarlıq göstərir. Çox təəssüf ki, ictimai-siyasi fəallığı ilə seçilən gənclər hakimiyyətin bu arzuedilməz siyasətinin xüsusi hədəfinə çevriliblər. Son bir ay ərzində xeyli sayda gənc fəal bu və ya başqa formada təzyiqlərə məruz qalıb və həbs olunub. Bu günlərdə isə Müsavat Partiyası Gənclər Təşkilatının sədri, 2 aprel aksiyası zamanı həbs olunmuş Tural Abbaslı əsassız səbəblərlə magistri olduğu Bakı Dövlət Universitetindən (BDU) qovulub?. Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Azərbaycan Liberal Partiyası (ALP) Gənclər Təşkilatı T.Abbaslıya yönəlik bu qərarları qətiyyətlə pisləyir. VİP GT T.Abbaslıya qarşı yol verilən bu özbaşınalığa son qoyulmasını, onun həbsdən azad edilərək təhsil aldığı BDA-ya bərpa olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA