ümid Partiyası həbs olunanların dərhal azadlığa buraxılmasını tələb etdi

img

18-04-2011 [12:35]


Ümid Partiyası 17 aprel mitinqi ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, aprel ayının 18-də İctimai Palatanın qərarı ilə Sahil bağında keçirilən aksiya güc strukturlarının qanunsuz müdaxiləsinə məruz qalıb. Polis insan və vətəndaş hüquq və azadlıqlarına zidd olaraq aksiya iştirakçılarına güc tətbiq edib. Aksiya zamanı polis yüzlərlə fəalı həbs edərək polis bölmələrinə aparıb. Aksiyadan əvvəl və aksiya zamanı 150-yə qədər iştirakçı haqqında inzibati qaydada həbs cəzasına məhkum ediliblər. Ümid Partiyası olaraq aksiyaya polisin qanunsuz müdaxiləsini və aksiya iştirakçılarıın həbsini pisləyir və hakimiyyət orqanlarından aksiya iştirakılarına qarşı zorakılıq edənlərin cəzalandırılmasını, inzibati qaydada həbs olunanların və şübhəli şəxs qismində saxlanılanların dərhal azadlığa buraxılmasını tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA