Hüseyn Abdullayevin atasından açıqlama gəldi

Hüseyn Abdullayevin atasından açıqlama gəldi

09.07.2013, 11:48

Hüseyn Abdullayevin ailəsi vəkil Kamandar Nəsibovun xidmətindən imtina edib. Bu barədə Hüseyn Abdullayevin atası Abbas Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 9-da vəkil Kamandar Nəsibovla bağladıqları müqaviləyə xitam veriblər. Qeyd edək ki, dünən ailənin vəkili K. Nəsibov mətbuata açıqlama verərək Hüseyn Abdullayevin bir neçə gün əvvəl verdiyi bəyanatın saxta olduğunu bildirmişdi. Bundan dərhal sonra sabiq millət vəkili mətbuata həmin bəyanatının üstündə dayandığını deyib. O, vəkili casusluqda ittiham edib(Qafqazinfo).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR