Arif Hacılı həbs edildi və Kürdəxanıdakı təcridxanaya aparıldı

img

04-04-2011 [08:06]


İctimai Palatanın 2 aprel 2011-ci il tarixli mitinqində iştirak etdiyinə görə saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Müsavat Pvartiyasından verilən məlumata görə, Səbail rayon məhkəməsi ittiham olunan hər üç şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. KXCP üzvü Cavid Mehrəliyev isə sərbəst buraxılıb. Həbs olunanlar şəxslər Kürdəxanı qəsəbəsindəki təcridxanaya aparılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə sərbəst buraxılıb. Fuad Qəhrəmanlının üzərindən 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddə götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA