Keçmiz YAP-çı ictimai Palatanın üzvü olmağa hazırlazır

img

31-03-2011 [04:19]


109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olmuş, partiya sıralarından əsassız olaraq xaric edildiyini bildirən Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Məhəmməd Nooyev prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya pozulmuş hüquqları ilə bağlı 15-ci dəfə müraciət edib. MİA-ya daxil olan müraciətdə deyilir : ?Hörmətli cənab Prezident! Mənim üçün olduqca çətin olsa da, bir daha Sizə bildirirəm ki, Azərbaycan vətəndaşı və avar xalqının nümayəndəsi olaraq kobudcasına pozulmuş hüquqlarımın müdafiəsi üçün Sizə və Mehriban xanıma dəfələrlə müraciət etmişəm. Təəssüf hissilə qeyd edirəm ki, uzun müddət keçməsinə baxmayaraq, bu günə kimi heç bir cavab və nəticə əldə edə bilməmişəm. Nəticədə Sizə unvanladığım müraciətlər tamamilə aidiyyatı olmayan ünvanlara göndərilib. Cənab Prezident, mənim müraciətim Sizə ona görə unvanlanmışdır ki, Siz, həm Azərbaycan Respublikasının prezidenti kimi hər bir vətəndaşın hüquqlarının qorunmasının qarantısınız, həm də uzun müddət təmsil olunduğum YAP-ın sədrisiniz. Amma bəzi məmurlar uğurlu fəaliyyətinizi şübhə altına salmaq üçün Sizə sadiq olanları incik salmaq siyasətini yürütməkdədirlər. Mənə qarşı olan haqsızlıqlar da dediklərimi təsdiq edir. Sizə etdiyim müraciətlərimə görə total ədalətsizliklə məni sıxışdırır, Azərbaycan vətəndaşlığından imtina etməyə sövq edirlər. Mən avar olmağımla hər zaman fəxr etmişəm. O da mənim üçün şərəflidir ki, Ulu Öndərimizin böyük fikrinə uyğun olaraq deyirəm, mən Azərbaycan vətəndaşıyam. Onu da əlavə edim ki, hər zaman avar xalqını qürurla təmsil etmişəm və etməkdəyəm. Bu vətəndə mənim də yaşamaq hüququm və haqqım var. Ən dəhşətlisi odur ki, bütün qohumlarım kimlərinsə sifarişi ilə incidilir, məni, oğlumu, qardaşım oğlunu və digər yaxınlarımı da işdən qanunsuz olaraq azad ediblər. Bununla əlaqadar məhkəmələrə müraciət olunsa da, məhkəmələr sifarişli şəkildə qanunlara hörmət etməyərək bizim vətəndaşlıq hüquqlarımızı tapdalayır. Bütün bu təzyiqlər artıq məndə bu hakimiyyətə qarşı mənfi fikirlər yaradır?. M.Nooyev məktubunda qeyd edir ki, üzləşdiyi problemlər onu aqressiv addımlar atmağa məcbur edir: ?Dəfələrlə mənə radikal müxalifət cəbhəsindən və İctimai Palatadan onlara qoşulmaq üçün təkliflər gəlib. Ancaq mən öz əqidəmin əksinə getməmişəm və Sizə sadiqliyim onların təkliflərinə müsbət cavab verməyimə mane olub. Lakin artıq mənə olunan haqsızlıqların getdikcə çərçivədən çıxması məni radikallığa təhrik edir. Mən səsimi Sizə çatdırmaq üçün müxtəlif yollar axtarıram. Sizə ?gedən yollar? isə zirehlənib. Ən dəhşətlisi isə odur ki, Sizin ətrafınız blokadaya alınıb. Ölkədə baş verən bəzi hadisələr, vətəndaşlara qarşı edilən haqsızlıqlar haqqında Sizə düzgün məlumat vermirlər. Bu da ölkədə vətəndaş narazılığına, sosial partlayışa zəmin yaradır. Sizin ətrafınızın bu hərəkətləri xalqı üsyana təhrik edir. Artıq ən aşağı instansiyalarda da vətəndaşlar öz narazılıqlarını pıçıltı ilə yox, açıq şəkildə, nümayişkarcasına deyirlər. Hörmətli cənab Prezident! Sizin sədrlik etdiyiniz partiyanın ən fəal üzvünə edilən bu haqslzlıqların Sizə çatmasının qarşısı məharətlə alınırsa, görün adi siravi vətəndaşın problemləri hansı səviyyədədir. Mən bu günə qədər ümidliyəm ki, əzəl-axır Siz mənim səsimi eşidib mənə olunan haqsızlıqlara son qoyulmasına yardımçı olacaqsınız. Bu ümidlə də hələlik mən çevrəmdən çıxmıram. Allah xatirinə, haqqın tərəfində olun!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA