ümid Partiyasi Baki Şəhər Icra Hakimiyyəti müraciət edib

img

31-03-2011 [02:22]


"Bir sıra partiyalar 2 aprel tarixində mitinq keçirmək haqqında qərar qəbul ediblər. Bundan öncə də, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciətlər olmuş, lakin bu müraciətlərə qeyri-hüquqi cavablar verilmişdi. Partiyaların toplaşmaq istədikləri məkanları uyğun hesab etməyən BŞİH-nin göstərdiuyi yerlər isə həm insanların nəqli baxımından, həm də həmin yerlərin dağılmış-yararsız olması baxımından toplaşmaq üçün uyğun olmamışdır". Bu fikirlər Ümid Partiyasının bəynatında yer alıb. Bəyanatd daha sonra bildirilir: "Bakı Şəhər İcra Hakimiyyətinin partiyaların müraciətinə bu şəkildə cavab verməsi isə Konstitusiyamızın 49-cu Maddəsinə (Sərbəst toplaşmaq azadlığı‎), Sərbəst toplaşmaq azadlığı haqqında? və ?Siyasi Partiyalar Haqqında? Qanunlara zidd olub fikir və düşüncə azadlıqlarına məhdudiyyətlər yaradır". Ümid Partiyası mitinqlər öncəsi təşkilatçı partiyaların funksioner və aktivlərin həbslərini pisləyir, müvafiq orqanlardan bu qəbuledilməz prosesləri dayandırmalarını tələb edir. Ümid Partiyası olaraq Azərbaycan Hakimiyyətinə müraciət edərək bildiririk ki, siyasi partiya və ya ictimai təşkilatarın müraciətlərinə Konstitusiyamıza və digər qanunlara müvafiq olaraq cavab verilsin və insanların öz düşüncələrini sərbəst ifadə etmələri üçün şərait yaradılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA