iP-nın planlazdırdığı aksiyanın ilk ?qurbanı? ADP-dən oldu

img

29-03-2011 [06:09]


Ictimai Palatanın aprelin 2-nə təyin etdiyi kütləvi aksiya ilə əlaqədar həbslər və təqiblər artıq başladı. Mitinqin təyin olduğu vaxta hələ bir neçə gün qalsa da ADP Nərimanov təşkilatının fəalı Nazim Abbaslı bu gün evindən rayon polis idarəsinə aparılıb və onun haqqında polisə guya müqavimət göstərdiyinə görə 5 sutka inzibati həbs qərarı verilib. Qərarı Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva tərəfindən qəbul edilib. Aldığımız məlumata görə Nazim Abbaslı artıq Bakı baş Polis İdarəsinin Binəqədidəki saxlama təcridxanasına aparılıb. Məlumat üçün bildiririk ki, Nazim Abbaslı partiyanın fəal üzvlərindən biri olaraq ADP-nin əvvəllər təşkil etdiyi aksiyalarda seçilənlərdən olub və bu fəaliyyətinə görə dəfələrlə qeyri qanuni olaraq həbs edilib. ADP Mətbuat Xidməti bildirir ki, partiya üzvü Nazim Abbaslı haqqında Nərimanov Məhkəməsinin qəbul etdiyi qərar qeyri qanunidir, çünki o, polisə heç bir müqavimət göstərməyib. Ona görə də Nazim Abbaslı haqqındakı qeyri qanuni qərar dərhal ləğv edilməli və o, azadlığa buraxılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA