Islamçılar Azadlıq meydanında mitinq keçirəcək

img

29-03-2011 [03:50]


Islam Partiyası mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiya sədri Elçin Manafov AzadlıqRadiosuna bildirib ki, onlar Qarabağ probleminin həllini, həbsdə olan islamçıların azad olunmasını, hicab məsələsinin həllini tələb edəcəklər. Elçin Manafov deyir ki, partiya mitinqi aprelin 8-də Azadlıq meydanında, ya da parlament binasının qarşısında keçirmək istəyir: ?Ancaq biz mitinqin icazəli keçirilməsini istəyirik, ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə mitinqin yerini müzakirə edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA