Qurban Qurbanov: ?inanıram ki, yığmamız Brüsseldən yaxzı nəticə ilə dönəcək?

img

28-03-2011 [01:35]


Milli komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə Belçika yığması ilə üz-üzə gələcək. Ölkəmizin ən perspektivli məşqçilərindən olan ?Qarabağ? klubunun baş məşqçisi Qurban Qurbanov yığmamızın sabahkı oyunda necə təsir bağışlayacağı ilə bağlı fikirlərini bildirib. -Qurban müəllim, millimizin Belçika ilə oyunda hansı nəticəyə imza atacağını gözləyirsiniz? - Mən yığmamızdan uğurlu nəticə gözləyirəm. Ümumiyyətlə, futbol mütəxəssislərimizin əksəriyyətində belə bir inam var ki, komandamız Brüsseldə layiqli futbol nümayiş etdirəcək. Düşünürəm ki, 10 günlük təlim-məşq toplanışı futbolçularımıza yaxşı mənada təsir göstərəcək. Hiss olunur ki, məşqçilər korpusu Belçika seçməsini yaxşı saf-çürük edib. Çox güman ki, belə uzun toplantının baş tutması ilk növbədə bu amillə bağlıdır. Bütün bu amillərin komandamızın oyununa yaxşı təsir göstərəcəyini düşünürəm. -Yəqin ki, Belçika yığmasının oyununu izləmisiniz. Bu rəqiblə bərabər səviyyədə mübarizə aparmaq olarmı? - Belçika güclü komandadır. Onların səfərdə Avstriya komandası ilə oyununun bir hissəsinə baxmışam. Belçika komandasında futbolçuların ayrı-ayrılıqda ustalıq səviyyələri yüksəkdir. Düşünürəm ki, yığmamızın baş məşqçisi Berti Foqts da Belçika kollektivinin oyununu diqqətlə izləyib. İnanıram ki, o bu komandaya uyğun taktika quraraq millimizin uğurlu nəticə qazanmasına şərait yaradacaq. -Ümumiyyətlə qrupumuzda hansı komandalardan xal almaq şansımız var? - Əlbəttə qrupumuzun ən güclü komandası Almaniya kollektividir. Bu yığma bizim üçün çox çətin rəqibdir. Türkiyə ilə oyunda nə baş verdiyini gördünüz. Komandamız heç kimin gözləmədiyi halda rəqibini məğlub edərək 3 xal qazanan tərəf oldu. Buna görə də hər bir komandaya qarşı bütün qüvvə ilə mübarizə aparmaq lazımdır. Düşünürəm ki, qrupumuzdakı bütün komandalara qarşı oynayaraq onlardan xal almaq gücündəyik. -Yığmamızın düşərgəsində ?Qarabağ?da çıxış edən futbolçular da var. Onların hansı idman durumunda olmasını yəqin ki, hamıdan yaxşı siz bilirsiniz. Yetirmələriniz Belçika ilə oyuna hazırdır? - Son dövrlər yığmanın düşərgəsində olan ?Qarabağ?ın futbolçuları ilə çoxlu məşq keçmişik. Sevindirici haldır ki, yetirmələrimdən heç biri məşqi zədə və yaxud da hər hansı digər bir səbəbdən buraxmayıb. Düşünürəm ki, onlar sabahkı oyuna tam hazırdırlar. Heç bir problem olmalı deyil. -Son olaraq milli çempionat haqqında bir-neçə kəlmə söyləyərdiniz. ?Qarabağ? çempionat oyunlarına necə hazırlaşır? - Klublarımız yığmanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən yaxşı yararlanıblar. Bəziləri ölkəmizdə hazırlıq keçiblər. ?Bakı? isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçir. Düşünürəm ki, çempionatımızda bütün mübarizə hələ qabaqdadır. İlk ?altılıq?da yer alan hər bir komandanın medallar uğrunda mübarizə aparmaq şansı var. ?Qarabağ? da sonacan öz mübarizəsini aparacaq ANSPRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA