Nazim Süleymanov: ?...Brüsseldən xalla dönmək xeyli çətin olacaq?

img

11-02-2011 [01:57]


Sabah futbol üzrə milli çempionatımızda qış fasiləsinə yekun vurulacaq. Klublarımız təlim-məşq toplanışlarını başa vuraraq yenidən mübarizəyə başlayırlar. Belə klublarımızdan biri də AZAL-dır. Futbol ictimaiyyəti ilk olaraq AZAL-ı favoritlər sırasına daxil etməsə də Şüvəlan təmsilçisi göstərdiyi futbolla xal toplayaraq yerini liderlər sırasında möhkəmlətdi. AZAL-ın çempionatımızın liderləri sırasında yer alması şübhəsiz ki, klubun baş məşqçisi Nazim Süleymanovun əməyi ilə bağlıdır. Futbolçu karyerası ərzində 1996-cı ildə ?Alaniya?nın heyətində çempion olaraq Rusiyanın ən məhsuldar oyunçusu seçilən, ?Spartak? (Moskva) və ?Jemçujina? klubunda unudulmaz illər keçirən Nazim Süleymanov təcrübəsini indi AZAL-ın uğurları üçün sərf edir. Karyerası ərzində ?XəzərLənkəran? klubunu və ?Jemçujina?nın əvəzedici heyətini çalışdıran Nazim Süleymanov ANS PRESS-ə müsahibəsində sabah start götürəcək çempionatımızın II dövrəsi ilə bağlı fikirlərini bildirib. -Nazim müəllim AZAL-ın çempionatın ikinci dövrəsinə hazırlığı necə keçdi? - Çempionatın II dövrəsinə yaxşı hazırlaşmışıq. AZAL klubunun hazırlığı 3 mərhələdən ibarət olub. İlk olaraq komandamız Bakıda təlim-məşq toplanışında oldu. Sonradan Türkiyənin Antalya şəhərində hazırlıq keçdik. Yenidən Bakıya qayıdaraq burada hazırlıqlarımızı davam etdirərək sabah baş tutacaq ?Gəncə? ilə qarşılaşmaya hazırlaşırıq. Hazırda futbolçularıma yüngül məşq etmək tapşırığı vermişəm. ?Gəncə? də iddialı komandadır. Onlar heyətlərini yeni oyunçularla gücləndiriblər. Buna baxmayaraq? sabahki oyunda qələbə qazanmağa çalışacağıq. - Hazırlıq prosesində futbolçularınızdan razı qaldınızmı? - Futbolçularımdan razıyam. Ancaq yeni transfer etdiyimiz iki futbolçunun fiziki durumu məni qane etmir. Bu da həmin futbolçuların əvvəl çıxış etdikləri çempionatda oyunların noyabr ayında başa çatması ilə əlaqədardır. Onlara daha səylə hazırlaşmaq lazımdır. Çox güman ki, bu futbolçulara sabah baş tutacaq ?Gəncə? ilə oyunda əsas heyətdə şans verməyəcəm. Onları növbəti turlardan etibarən oynadacam. - AZAL-ın hədəfi dəyişməyib ki, yenə də ?altılığ?a düşmək uğrunda mübarizə aparacaqsınız? - Mövsümün əvvəlində AZAL ?altılığ?a düşmək uğrunda mübarizə aparırdı. İlk növbədə minimum məsələsini həll etməliyik. Son üç turda da xal ehtiyatımızı artıraraq ?altılıq?da yerimizi təmin etmək istəyirik. Sonra isə qismət olarsa ən yüksək yerlər - Avrokuboklara vəsiqə verən yerləri tutmağa çalışacağıq. - AZAL Avrokuboklara vəsiqə qazanacağı təqdirdə hansı hədəfləri dəf etməyi qarşısına məqsəd qoyacaq? - Mən həmişə bir məşqçi kimi belə düşünmüşəm ki, heç vaxt hadisələri qabaqlayaraq tələsmək lazım deyil. Avrokuboklara vəsiqə qazansaq? ilk mərhələni dəf etməyə çalışacağıq. Sonradan isə səylə çalışaraq daha yaxşı nəticələr nümayiş etdirməyə çalışacağıq. Hamımızın ötən il ?Qarabağ?ın Avropa Liqasında göstərdiyi gözəl oyun və nəticələr yadındadır. Sözsüz ki, bir məşqçi kimi mən də istəyərdim çalışdırdığım komanda Avrokuboklarda qələbələr qazanaraq ölkə reytinqinə yeni xallar yazdırsın. - Yəqin ki, Dubayda baş tutan Azərbaycan ? Macarıstan yoldaşlıq görüşünü izlədiniz. Komandamızın oyunu barədə nə deyə bilərsiniz? - Bu matçda baş məşqçi Berti Foqts eksperimentlər edərək yeni futbolçuları sınaqdan keçirirdi. O, həm də yeni taktiki variantları yoxlayırdı. Növbəti oyunlarda milimizin heyətində dəyişikliklərin olacağını gözləyirəm. - Yığmamızın Avro-2012-nin seçmə mərhələsində qarşılaşacağı Belçika ilə görüşdə xal götürmək şansı varmı? - Yığmamız Belçika ilə görüşdə Macarıstanla oyundakı kimi futbol nümayiş etdirsə, Brüsseldən xalla dönmək xeyli çətin olacaq. Mən bunu sizə açıq deyirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA