Ramil Quliyev Azərbaycanı satdı, indisə Azərbaycandan izn istəyir

img

24-03-2011 [03:33]


Bir həftə əvvələ qədər Azərbaycan vətəndaşı olan və Azərbaycan Milli Olimpiya Komitəsinin birbaşa qayğısı və himayəsi altında olan, Azərbaycan Bədən Tərbiyyəsi və İdman Akademiyasının tələbəsi, dünya səviyyəli sprinter Ramil Quliyevin bütün yarışları təxirə salaraq, xəbərsiz Türkiyəyə gedişinin səbəbi aydınlaşdı. O, bir həftə əvvəl qardaş ölkənin vətəndaşlığını alaraq, Azərbaycandan tamamilə üz döndərdi. Maraqlı burasıdır ki, Azərbaycana arxa çevirən qaçış üzrə idmançı gələcəkdə beynəlxaq yarışlarda iştirak etmək üçün ölkəmizdən aslı vəziyyətə düşdüyünü indi anlayıb. Onun Türkiyənin idman portallarına verdiyi açıqlamalarını oxucularımızın öhdəsinə buraxırıq: ?Türkiyədə evimdə olduğu kimiyəm. Türkiyə vətəndaşı olaraq idman karyeramda yeni bir səhifə açdım" deyən Ramil Quliyev 100 və 200 metr üzrə olimpiada çempionu, dünya rekordçusu Yamaykalı Usain Bolt ilə yarışacaq qədər özünə güvəndiyini də söyləyib: "Boltla yarışacaq gücə sahibəm. İnşallah Türkiyə milli komandasının tərkibində yarışaraq çoxlu medal qazanaram. Bütün duyğularımı və motivasyonumu bu hədəfə hesablamışam. İnşallah, Türkiyəyə medal gətirəcəyəm. Bilirsiniz ki, mənə Rusiya və Qətərlə yanaşı, Avropanın başqa ölkələrindən də vətəndaşlıq üçün təklif gəlmişdi. Ancaq mən bu təkliflərə heç diqqət etmədim. Qətər onsuz da başqa bir dili danışır və fərqli bir mədəniyyəti var. Ora mənim üçün yeni və fərqli bir yer olacaqdı. Türkiyədə isə evimdə kimiyəm. Azərbaycan ilə Türkiyə arasında fərq yoxdur. Bura evimdir. Bir az dildə fərqlilik var. Amma çox da ayrı-seçkilik yoxdur. Nəticədə mədəniyyətlər az qala eynidir. Burada Argentinada gələn bir adamın çətinliyini yaşamıram. Ancaq indi bir ciddi problemim var. Əvvəllər Azərbaycan adına beynəlxalq yarışlarda iştirak etdiyim üçün indi Türkiyənin adına çıxışım üçün Azərbaycan mənə icazə verməlidir. 2012 London Olimpiadasında iştirakım üçün mütləq bu icazə olmalıdır. Gözləntim Azərbaycanın mənə icazə verməsidir ki, Türkiyə adına yarışmağımdır?. Bayram günləri olduğu üçün Azərbaycanın belə bir icazəni verib-verməyəcəyini öyrənə bilmədik. Ancaq çox güman ki, bu icazə verilməyəcək. Çünki bir ay əvvəl MOK tərəfindən rəsmi şəkildə Ramil Quliyevin hərəkətləri qəbuledilməz olduğu vurğulanan açıqlamalar verilmişdi. Xatırladaq ki, təxminən bir ay əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin vitce-prezidenti Çingiz Hüseynzadə də Ramil Quliyevin xəbərsiz Türkiyəyə gedişini sərt tənqid edərək, onu fərari adlandıraraq, hərəkətini xəyanət saymışdı. Əlavə etmişdir ki, MOK onun üçün əlindən gələni nəinki etmiş, hətta Bədən Tərbiyyəsi və İdman Akademiyasına qəbul edilməsi üçün TQDK-ya rəsmi məktub da ünvanlayıb, onun testdənkənar ali təhsil almasına da yardım ediblər: ?Bütün qazancları, aldığı mükafatlar qəpiyənə qədər özünə çatıb. Üstəlik, həm də dövlət, həm MOK ona xeyli yardımlar edib. Ancaq o, bunların hamısını itirdi. İndisə imtahanları var. Gəlib onu da verməlidir, əks halda qovulacaq. Əslində, o, həm də fəraridir??.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA