Foqts Azərbaycan Premyer Liqasına hörmətsizlik etdi

img

31-03-2011 [12:32]


Avro-2012-nin seçmə oyununda Belçikaya 1:4 hesablı səfər məğlubiyyəti ilə üzləşən Azərbaycan yığması martın 30-da axşam saatlarında Bakıya qayıdıb. Qol.Az-ın məlumatına görə, nümayəndə heyəti ölkəmizə dönənlər arasında baş məşqçi Berti Foqts olmayıb. Almaniyalı mütəxəssis yenə vətəninə yollanıb. Onun aprelin sonlarında Bakıya gələcəyi gözlənilir. Bu isə o deməkdir ki, Foqts Unibank Premyer Liqasında həlledici mərhələnin bir neçə turunu izləməyəcək. Beləliklə, 65 yaşlı çalışdırıcı Azərbaycan çempionatına bir daha hörmətsizliyini nümayiş etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA