?Azərikimya? Sumqayıtda olimpiada keçirib

img

16-03-2011 [04:54]


YUNESKO 2011-ci ilin ?Beynəlxalq kimya ili? elan olunması ilə əlaqədar ARDNŞ-in ?Azərikimya? İstehsalat Birliyində silsilə təbdirlərə start verilib. ARDNŞ-ın mətbuat xidmətindən verilən xəbərə görə, növbəti tədbir dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin adını daşıyan 31 saylı Sumqayıt orta məktəbində keçirilib. İştirakçılar əvvəlcə məktəbin foyesində ?Azərikimya? İstehsalat Birliyinin mü?əs?sisələrində istehsal olunan kimyəvi məhsulların nümunələri və şagirdlərin ?Kimyanın bizim həyatımızda rolu? mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar. Məktəbin direktoru Xanım Əkbərova çıxış edərək kimyaçılar şəhəri Sumqayıtda kimya olimpiadasının keçirilməsinin mühüm əhəmiyyət kəsb et?diyini, onun ənənəvi olaraq hər il daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğu?layıb. ?Azərikimya? İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Baba?yev məktəblərdə kimya olimpiadalarının keçirilməsinin Azərbaycanın gələcək kimyaçılar nəslinin yetişdirilməsində böyük əhəmiyyət daşıdığını, yaxın onilliklər ərzində dünyanın enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında kim?ya elminin və sənayesinin aparıcı mövqe tutacağını bildirib. Təyin olunmuş münsiflər heyəti tə?rəfindən şəhərin 33 ümumtəhsil məktəbinin 150-dən çox şagirdinin iştirak etdiyi olimpiadaya start verilib və iştirakçılar bilik yarı?şına qoşul?ublar. İki saata qədər davam etmiş olimpiadanın nəticələri yaxın günlərdə bəlli olacaq. Qalib adını qazanacaq gənc kimyaçılar ?Azərikimya? İB-nin xüsusi diplom və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA