Prezident redaksiyaya hücum edib

img

07-04-2011 [06:11]


Bu gün futbol üzrə Azərbaycan çempionatının I dvizionunda mübarizə aparan ?Bakılı? klubunun prezidenti Misir Əbilov ?Futbol+? qəzetinin redaksiyasına basqın edib. Bu barədə Futbol365.az saytına qəzetin baş direktoru Cəsur Məmmədov məlumat verib. Onun sözlərinə görə, Əbilov klubun inzibatçısı Babək Mahmudovla redaksiyaya gələrək qəzetin əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib. C.Məmmədov deyib ki, klub prezidentini hiddətləndirən qəzetdə onun dediyi fikirlərin olduğu kimi çap olunmasıdır: ?Misir Əbilov müxbirimizlə söhbətində ?Foqts Almaniyada bir milyon dollardan çox pulun başına daş salıb? deyib. Onun bu fikirləri də qəzetimizin bugünkü nömrəsində çap oluub. ?Bakılı?nın prezidenti deyir ki, bu sözləri elə-belə deyibmiş, yazmaq üçün yox. Misir Əbilov redaksiyada o qədər səs-küy salıb küçə söyüşləri söydü ki, axırda məcbur olub polisə zəng etdik. Polis hadisə yerinə gələnə qədər onlar redaksiyadan getmişdilər?. Qeyd edək ki, bir neçə gün öncə ?Bakılı? komandasının MKT ?Araz?la oyununda da qalmaqal baş vermişdi. Oyun başa çatdıqdan sonra ?Bakılı?nın inzibatçısı Babək Mahmudov baş hakimi döymüşdü. Buna görə, AFFA-nın İntizam Komitəsi Mahmudovu 12 oyunluq cəzalandırıb. Olayla bağlı ?Bakılı?nın prezidentinin də mövqeyini öyrənməyə çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA