Bakı Olimpiya stadionu 2015-ci ildə istifadəyə veriləcək

img

08-02-2011 [02:37]


Bakıda Olimpiya stadionu 2015-ci ildə istifadəyə veriləcək. Bu barədə layihənin müəllifi və tikintini həyata keçirən Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətinin memarlıq ofisindən memar Erdinç Çiftçi məlumat verib. Onun sözlərinə görə, tikintinin maya dəyəri 1 milyard ABŞ dolları olacaq. Stadionun FİFA və UEFA standartlarına tam cavab verəcəyi bildirilib. Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadion olacaq. Stadion 64 min tamaşaçı tutumuna malik olacaq. Hazırda Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadiondur. Stadionun ümumi ərazisi 32 hektar olacaq və onun örtülü hissəsi 300 min kvadrat-metr ərazidə yerləşəcək. Stadionun hündürlüyünün təxminən 45 metr olacağı gözlənilir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikiləcək. ARDNŞ neft məhsulları ilə çirkləndirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə orada bəzi obyektlərin inşasını planlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA