"Neftçi"nin futbolçuları "Simurq" və MOiK-də

img

10-02-2011 [05:07]


"Neftçi"nin heyətində təcrübəli futbolçularla yanaşı, istedadlı gənclər də yer alır. Qol.Az-ın məlumatına görə, belə gənclərə böyük diqqət və qayğı göstərən klub rəhbərliyi, onları oyun praktikası qazanması üçün müxtəlif klublara icarəyə verir. Bir müddət əvvəl flaqmanın 4 üzvü Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadə "Abşeron" klubuna icarəyə verilmişdi. Daha sonra isə əvəzedici heyətdə çıxışlarını davam etdirən "Neftçi"nin hücumçusu Fərid Quliyevlə 2012-ci il iyul ayına qədər yeni müqavilə imzalanıb. Quliyev bu mövsümün sonuna qədər Zaqatala təmsilçisi "Simurq"da icarə əsasında forma geyəcək. Həmçinin komandanın digər üzvü, müdafiəçi Tural Nərimanov da icarə əsasında, mövsümün sonuna qədər MOİK-in şərəfini qoruyacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA