Azərbaycan FiFA reytinqində 2 pillə gerilədi

img

02-02-2011 [02:55]


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən ayla müqayisədə 2 pillə geriləyib. Hazırda ölkəmiz 344 xalla 99-cu pillədə qərarlaşıb. Millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya 1485 xalla 3-cü, Türkiyə 741 xalla 31-ci, Belçika 526 xalla 58-ci, Qazaxıstan 161 xalla 137-ci pillədə qalıb. 569 xala malik Avstriya 1 pillə irəliləyib və 45-ci pillədə qərarlaşıb(lent.az). Turnir cədvəlinin ilk 9 pilləsində dəyişiklik olmayıb. İspaniya 1887 xalla 1-ci, Hollandiya 1723 xalla 2-ci, Braziliya 1446 xalla 4-cü, Argentina 1367 xalla 5-ci, İngiltərə 1195 xalla 6-cı, Uruqvay 1152 xalla 7-ci, Portuqaliya 1090 xalla 8, Xorvatiya isə 1075 xalla 9-cudur. Siyasi vəziyyəti o qədər də yaxşı olmayan Misirin futbol millisi də dərin böhranla üzləşib. Ötən ay 10-cu pillədə olan Misir 23 pillə geriləyib və 709 xalla 33-cü pilləyə enib. Əvəzində ilk ?10-luğu? 1 pillə irəliləyən və 1016 xala malik Yunanıstan tamamlayır. Növbəti reytinq cədvəli martın 9-da açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA