Rəzad Sadıqov ?Şalke?yə qarzı oynadı

img

13-01-2011 [01:07]


Həmyerlimiz Rəşad Sadıqovun formasını geyindiyi ?Eskişehirspor? klubu növbəti yoldaşlıq oyununu keçirib. Türkiyə təmsilçisinin budəfəki rəqibi Bundesliqanın güclü klublarından olan ?Şalke 04? olub. Rəşad Sadıqovun ilk dəqiqədən əvəzedilmədən oynadığı qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. ?Eskişehirspor?un heyətində 7-ci dəqiqədə Yaman, ?Şalke 04?dən isə 58-ci dəqiqədə Rakitiç fərqlənib. Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti ?Şalke 04?un adlı-sanlı futbolçuları Raul Qonsales, Klaas Yan Huntelar və Farfanın fərqlənməsinə imkan verməyib. Xatırladaq ki, ?Eskişehirspor" bundan əvvəl "Erqsebirq" və "Verder" klubları ilə yoldaşlıq görüşü keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA