Anatoli Ponomaryov karyerasını baza vurdu

img

14-01-2011 [12:40]


Anatoli Ponomaryov karyerasını başa vurdu Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov 29 yaşında karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, Ponomaryov FİFA agenti statusu alıb. O, hazırda Türkiyənin Antalya şəhərində bir sıra futbolçuları izləməklə məşğuldur. Qeyd edək ki, Anatoli Ponomaryov olimpiya çempionu İqor Ponomaryovun oğludur. Hazırda İsveçdə yaşayan Tolik futbolçu karyerası ərzində Avropanın və ölkəmizin müxtəlif klublarının formasını geyinib. O, 2004 - 2009-cu illərdə Azərbaycan yığmasında çıxış edib. Xatırladaq ki, Ponomaryov ötən il də karyerasını başa vurduğunu elan etmişdi. Lakin sonradan o, Türkiyənin "Orduspor" klubunda çıxış etməyi başlamış, 2010-cu ilin sonlarında isə bu komandadan ayrılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA