?Neftçi? ?Qalatasaray?la oyundan imtina etdi

img

19-11-2010 [12:34]


Bakının ?Nefçi? və İstanbulun ?Qalatasaray? klubları arasında gələn ilin yanvar ayında Türkiyənin Antalya şəhərində keçirilməsi nəzərdə tutulan yoxlama görüşü baş tutmayacaq. Bu haqda Qol.Az-a ?Neftçi?nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib. ?Qalatasaray? klubunun qış hazırlıq prosesi zamanı bizimlə yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı təklifinə dair dünən onlarla yenə danışıqlarımız oldu. Onlar ?Neftçi?yla yoxlama matçı keçirmək istəklərini bir daha təsdiqlədilər. ?Qalatasaray? bizə yanvarın 7-9-u arası qarşılaşmağı təklif etdi. Bu məsələylə əlaqədar baş məşqçimiz Arif Əsədovla məsləhətləşmə apardıq. Təəssüflə bildirim ki, ?Qalatasaray?ın təklifi bizim hazırlıq planına uyğun gəlmədiyinə görə bu təklifdən imtina etmək məcburiyyətində qaldıq? ? deyə T.Süleymanov bidirib. Onun sözlərinə görə, komanda yanvarın 7-8-da Bakıya yığışmağı, yanvarın 10-da isə Antalyada təlim-məşq toplanışına başlamağı nəzərdə tutur: ?Arif Əsədov istirahətdən sonra məşqlərə başlamadan, futbolçularımızın zədəsinin qarşını almaq üçün ?Qalatasaray? kimi bir komandayla məsul oyuna çıxmağı məqsədəuyğun saymadı. Biz də artıq İstanbul klubuna bu oyunun baş tutmayacağı ilə bağlı rəsmi məlumat verəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA