"Radioqurazdırma" zavodunda partlayız: 1 nəfər ölüb

\"Radioqurazdırma\" zavodunda partlayız: 1 nəfər ölüb

KRİMİNAL

13.12.2010, 12:44

Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən "Radioquraşdırma" zavodunda partlayış baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, partlayışdan sonra zavodda yanğın başlayıb, nəticədə bir nəfər ölüb. Ölən şəxsin qadın olduğu bildirilib. Hazırda əraziyə yollanan yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı bir nəfər, 56 yaşlı Almaz Vəliyeva yüngül zədə alaraq yaxınlıqdakı təcili yardım stansiyasının həkimləri tərəfindən ambulator şəraitdə müalicə alaraq evə buraxılıb. Ölən qadının isə 52 yaşlı olduğu məlum olsa da, kimliyi hələlik müəyyənləşməyib. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış zamanı dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib. Bu, 50 yaşlı Bakı sakini İmarət Cəfərovadır. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, zavodda baş vermiş yanğın söndürülüb. Hadisənin nə səbəbdən baş verdiyi isə hələlik açıqlanmayıb. Hadisənin baş vermə səbəbi məlum olub. "Radioquraşdırma" zavodundan ANS-ə verilən məlumata görə, zavodun 50 yaşlı işçisi İmarət Cəfərovanın iş başında səhhəti pisləşib və nəticədə ehtiyatsızlıq üzündən qısqapanma baş verib. Nəticədə yanğın baş verib və İ. Cəfərovanın paltarı alışaraq yanıb. Qeyd edək ki, "Radiozavod" 1948-ci ildə Y?rli Sən?y? N?zirliyinin t?b?liyində yaradılıb. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək ?Radioqurşadırma? Bakı İstehsalat Birliyi adlandırılıb. 2006-cı ildən z?v?d Azərbaycan Respublikası Müd?fiə Sən?y?si N?zirliyinin t?b?liyində fəaliyyət göstərir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR