?Araz?ın növbəti mərhələyə çıxmaq zansı minimuma endi

img

25-11-2010 [05:36]


Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində ?Araz? bu gün son oyununu keçirəcək. Təmsilçmiz Bakı vaxtı ilə saat 18:15-də Rusiyanın ?VİZ-Sinara? klubu ilə qarşılaşacaq. Xatırladaq ki, ?Araz? elit-raundda keçirdiyi ilk oyunda Kiprin ?Ararat Nikosiya? klubuna 2:1 hesabı ilə qalib gəlib, İtaliyanın ?Montesilvano? komandası ilə 2:2 hesablı heç-heçə edib. Qrup birincisi olmaqdan ötrü komandamız liderlikdə şəriki olan İtaliya çempionu ?Montesilvano? ilə müqayisədə daha fərqli qələbə qazanmalıdır. Qrupun aşkar autsayderi ilə qarşılaşan apenninlilər ?Araz?a müqavimət göstərən və təmsilçimizin çətinliklə məğlub etdiyi rəqibi darmadağın etməyə çalışacaqlar. Bu italiyalılara üstünlük verir. Meydan sahibləri ilə görüşəcək Joze Alesio da Silvanın komandasının üstünlüyü isə meydana çıxarkən digər oyunun nəticəsini bilmələri olacaq. İtaliya və Kipr çempionları saat 16:00-da mübarizəyə başlayıblar. Oyunda italiyalılar 10:0 hesabı ilə qələbə qazanıblar. Qeyd edək ki, bu qrupda yalnız birinci yeri tutan komanda növbəti mərhələyə adlayır. Hazırda İtaliya təmsilçisi vurulmuş və buraxılmiş toplaların daha yaxşı nisbətinə görə xeyli irəlidədir. "Araz" növbəti mərhələyə adlamaq üçün Rusiya təmsiılçisi üzərində ən azı 10 top fərqiylə qalib gəlməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA