?Xəzər Lənkəran? 79 dəqiqəlik oyunda qalib gəldi

img

24-01-2011 [01:22]


?Xəzər Lənkəran? futbol klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ?ağ-yaşıllar? ?Papillon? idman mərkəzinin stadionunda Ukraynanin Premyer Liqa təmsilçisi ?Krivbass?la görüşüb. Rəqibindən üstün oyun sərgiləyən və rəqibini topsuz qoymağı bacaran ?Xəzər Lənkəran? hesabı 11-ci dəqiqədə açıb. İbrahim Banqura - Stelian Stanku - Alim Qurbanov kombinasiyasını yeni futbolçu Andrey Mureşan dəqiq zərbə ilə tamamlayıb -1:0. Sonrakı dəqiqələrdə də üstün oyun göstərən ?Xəzər Lənkəran? matçın davam etdiyi 79 dəqiqə ərzində qapısını toxunulmaz saxlamağa bacarıb. Son 11 dəqiqə isə oynanılmayıb. Buna leysan yağışlarının aramsızlığı səbəb olub. Zədəli Kamran Ağayevin yoxluğunda, ilk yarıda qapını gənc qolkiper Orxan Sadıqlı, ikinci yarıda isə düşərgəyə yeni qoşulan braziliyalı qapıçı Munaretto Dalton qoruyub. Baş məşqçi Mirça Rednik heyətdəki futbolçuların demək olar ki, hamısına əvəzetmələrlə şans verib. Yanvarın 24-də Lənkəran komandası daha bir Ukrayna təmsilçisi ?Zarya? ilə üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA