Rəzad Sadıqovun məzqçisi Bülənt Uyğuna 8 oyunluq cəza

img

10-11-2010 [02:13]


Millimizin kapitanı Rəşad Sadıqovun formasını geydiyi ?Eskişəhərspor? klubunun baş məşqçisi Bülənt Uyğun Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi tərəfindən sərt cəzaya layiq görülüb. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, buna təcrübəli mütəxəssisin bir sıra tanınmış futbol adamlarıyla yanaşı, qanunsuz şəkildə menecerlik fəaliyyəti ilə məşğul olması səbəb olub. Məhz belə qanunsuz işlərlə məşğul olması üzündən həmyerlimizin çalışdırıcısı 8 oyunluq sərt cəzaya layiq görülüb. Bu müddət ərzində Uyğun rəsmi oyunlarda nə komandasının paltardəyişmə otağına girə, nə də texniki zonaya buraxıla bilər. Qeyd edək ki, son günlər Türkiyə futbolunu ayağa qaldıran bu araşdırmaların məntiqi nəticəsi kimi Uyğunla yanaşı, ?Qalatasaray?lı Serdar Özkan, ?Eskişəhərspor?un oyunçusu Ümit Karan, ?Kasımpaşa?lı Murat Şahin, ?Konyaspor?lu Mehmet Sedef, ?Çaykur Rizespor?lu Koray Avcı ve ?Orduspor?lu Volkan Arslana da dörd oyunluq cəza kəsilib. Halbuki, adları çəkilən şəxslərin futboldan birdəfəlik uzaqlaşdırılması da gözlənilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA