Şahzadə FiFA icraiyyə Komitəsinə üzv seçildi

img

06-01-2011 [06:03]


İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn FİFA İcraiyyə Komitəsinə üzv seçilib. Lent.az-ın məlumatına görə, Əl-Hüseyn Asiya Futbol Konfederasiyasının (AFC) Qətərin paytaxtı Dohada keçirilmiş Konqresində Cənubi Koreyadan olan əvvəlki vitse-prezident Çxun Mon Çunu üstələyib. Onun xeyrinə 25, Çuna isə 20 səs veriblər. Bununla da koreyalının iyunda keçiriləcək seçkidə FİFA prezidenti olmaq istəyi xeyli azalıb. Baxmayaraq ki, Çun 16 ildir FİFA-nın vitse-prezidenti vəzifəsində çalışıb. Məhəmməd ibn Həmmam isə yenidən AFC-nin prezidenti seçilib. 61 yaşlı qətərli bu posta yeganə namizəd olub. O, artıq 8 ildir ki, quruma rəhbərlik edir. Qeyd edək ki, Əli ibn Əl-Hüseyn 1999-cu ildən İordaniya Futbol Assosiasiyasına rəhbərlik edir. O, 2000-ci ildə Qərbi Asiya Futbol Federasiyasının əsasını qoyub. Bu quruma Qətər, İran, İraq və Pakistan futbol federasiyaları daxildirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA