Semihli ?Fənərbaxça? Rəzadın Sadıqovun ?Əskizəhərspor?unu darmadağın etdi

img

07-11-2010 [02:59]


Türkiyə Spor Toto Süper Liqasının 11 həftəsində ?Fənərbaxça? öz meydanında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi ?Əskişəhərspor?u darmadağın edib. Rəşad Sadıqovun 90 dəqiqə meydanda olduğu qarşılaşmada Semih Şəntürkün atdığı 2 qol və bir də yaratdığı penalti oyuna öz damğasını vurub ? 4:2. Qarşılaşmaya çox sürətli başlayan ?Fənərbaxça? artıq 3-cü dəqiqədə Semihin yaratdığı pozisyonla penalti vuruşu qazanıb. Aleks penaltini qola çevrib. 13-cü dəqiqədə Rəşadın komanda yoldaşı Sezər hesabı bərabərləşdirib ? 1:1. Bu qoldan 5 dəqiqə sonra yenə Semih özünü göstərib. Bu dəfə o, qola imza atıb ? 2:1. 37-ci dəqiqədə Sezərlə ?Fənər?li Luqano arasında dartışama hər iki oyunçunun Sarı kartla cəzalandırılmasına səbəb olub. İlk yarının sonunda isə ?Fənər?li Gökhan Könül komandasının 3-cü qolunu rəsmiləşdirib. Bundan sonra fasiləyə yollanan komandalar soyunma dəhlizində Sezərlə Luqanonun yenidən dartışmasına şahid olublar. Hakim Bünyamin Sezər buna görə hər iki oyunçunu qırmızı kartla oyundan məhrum edib. 10 nəfərlə başlayan ikinci hissəddə ?Əskişəhərspor? oyuna hakim olsa da, fərqi qapada bilməyib. Baxmayaraq ki, bir qol vurub, hesabı 3:2-yə çatdırıb. Azərkeşlər hesabın bərabərləşəcəyini gözləsə də, Semih yenə özünü göstərib. O, 72-ci dəqiqədə hesabı 4:2-yə çatdırıb. Bundan sonra qapılar toxunulmaz qalıb. Bu qələbədən sonra ?Fənərbaxça? 21 xalla 4-cü yerə yüksəlib. Rəşadın komandası isə 10 xalla 14-cü yerdə qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA