12-06-2018 [21:02]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]
***
Qədr gecəsi haqqında çox yazılıb. Ancaq nə qədər yazılsa belə, yenə qədr gecəsinin keyfiyyəti topluma aydın ola bilmir.
Bəs islamda qədr gecəsinin yeri necədir? Bunun üçün öncə qədr gecəsi haqqında ciddi bilgi ilə zəngin olan mübarək kitabımız Qurani-Kərimə müraciət etmək lazımdır. Kitaba görə Qurani-Kərim Ramazan ayında göydən enib və eyni ayda tamamlanıb. Bu barədə Qurani-Kərimin "Bəqərə” (İnək) surəsinin 185-ci ayətində oxuyuruq:
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُن زِلَ
( O ki, ( Quran) Ramadan ayında endirildi).
Təbiidir ki, biz ayətdən kontekstə uyğun bir hissəni və onun tərcüməsini göstərdik.
Z.Bünyadov, V.Məmmədəliyev ayətin bu qismini bu şəkildə tərcümə etmişlər: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”.
Əlbəttə tərcümə burada geniş izahlarla verilsə də, tərcüməçilik qaydalarına uyğun olaraq, fikri daha yaxşı çatdırmaq baxımından yolveriləndir.
Qədr gecəsi də elə Ramazan ayında göydən enib və Qurani-Kərimin ilk ayəsinin Qədr gecəsində nazil olması barədə bilgi vardır. Gördüyümüz kimi "Qədr” surəsində deyilir ki, "İnna ənzəlnəhu fi ləylətil-Kədr” (Onu Qədr gecəsində nazil etdik).
Qədr (kədr) surəsinin ərəbcə oxunuşunu təsadüfi olaraq təqdim etmirik. Burada məqsədimiz budur ki, sözü əslinə uyğun diqqətə çatdıraq ki, mənaya uyğun olsun. Öncə onu da bildirək ki, Qədr gecəsi kimi deyil, Kədr gecəsi kimi oxunuşu düzgündür. Çünki ərəbcədə qaf "q” səsini yox, "k” səsi ilə oxunur. Bu eyni zamanda bizə onu göstərir ki, Qurani-Kərimi görmədən onu düzgün oxumaq olmur və bu da müəyyən təhriflərə səbəb olur. Surənin oxunuşu belədir:
1. İnna ənzəlnahu fi ləylətil kədr. 2. Və ma ədrakə ma ləylətul kədr. 3. Ləylətul-kədri xəyrun min əlfişəhr.
4. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr. 5. Səlamun hiyəhətta mətləil fəcr.
Rəhman və Rəhim Allahın ismiylə.
Biz onu Qədr gecəsində nazil etdik.
Qədr gecəsinin nə olduğunu necə idrak edə bilərsən?
Qədr gecəsi min aydan xeyirlidir.
Mələklər və Ruh o gecə Rəbbinin izniylə hər əmri yerinə yetirmək üçün enərlər.
Dan yeri sökülənə qədər səlamətlik olar.
Məlumdur ki, Qədr gecəsinin müəyyən günlərə düşməsi barədə bilgilər mövcuddur. Ancaq bizim şəxsi qənaətimizə görə Qədr gecəsini bilmək mümkün deyil. Çünki Uca Allah bu mübarək güni Ramazan ayı içində gizləmişdir. Bu kiçik surədə çox ciddi məqamlar vardır ki, bir çox məsələni şübhə altına ala bilər.
Birinci deyilr ki, "Qədr gecəsi” min aydan xeyirlidir. Əgər burada min ay müddəti konkret zamanı ifadə edirsə, başqa bir rəmz deyilsə, o zaman on iki ay ilə
götürüldükdə 80-ildən ( konkret 83 il) yuxarıdır. Bu da bir insanın qoca ömrünü ifadə edir. Təsəvvür edin ki, bir gün Qədr gecəsində oruc tutan adam 80 il yaşantısını xeyirli etmiş olur. Bu günün İnsanı bundan artıq yaşamaq imkanında da deyil. Əgər on yeddi yaşından cəmi bircə gün həmin gündə oruc tutsa, yaxud namaz qılsa o artıq 100 yaşına qədər qurtulmuş olur. Təbiidir ki, riyakarlar və münafiqlər bu fürsətdən o saat isifadə edərlər. Ancaq Uca Allah ibadəti ibadət içində gizlədiyi üçün bundan istifadə etmək mümkün deyil. Bu gizlilik ərkanı yalnız Qədr gecəsi ilə bağlı deyil. İslamda müəyyən ibadətlər vardır ki, bir-biri içində gizlidir. Uca Allah ibadəti tam etməyi və bu yüksək məqama zəhmətlə yetişməyi münasib bilir. Misal üçün, Əsmail-Hüsna (Uca Allahın Gözəl İsimləri) içində Uca Allahın çox əzəmətli adlarından biri olan İsmi-Əzəm ( Əzəmətli AD) gizlidir. Aydındır ki, Uca Allahın "Əsmail-Hüsna”sı Qurani-Kərimdən alınmışdırş Bu baxımdan böyük ehtimalla ba ad da bu İsimlər içində gizldir. Həzrəti peyğəmbərimizin müəyyən hədislərində çox heyrətamiz bilgiər vardır. Bunlardan biri belədir ki, "Sevgili peyğamberimiz hadisi-şerifleıinde Hz. Ayşe validemize şöyle buyurdu: - Ya Ayşe! Biliyormusun? Allah, bana kendisiyle dua edildiği zaman, duamn kabul edile bileceği bir isim ögretti (O İsmi-Azamdır).
Hz. Ayşe Validemiz: - Annam, babam sene feda olsun Ya Resulallah, onu bana ögretiımisin? - dedi.
Resulü-Ekrem: - Onu sana söylemek olmaz, ya Ayşe! buyurdu” (Yusif Tavaslı. Müslüman ailenin tam dua kitabı. İstanbul, 1981, s 487)
Bu mənbədə göstərilən başqa bir hədisi-şərifdə Həzrəti peyğəmbər İsmi-Əzəm haqqında açıqlama verir: "Sevgili Peyqamberimiz İsmi-Azam hakkında şöyle buyuruyor” Cenabı Hakkın Ismi-Azamı (en büyük İsmi) o mübarek İsimdir ki, onunla (o İsmi-Azamla) dua edilince dua Cenabı Hakk tarafindan kabul edilir. O İsmi-Azam ile Cenabı Haktan bir dilek dilenince (bir şey istenince) Cenabı Hakk hemen verir” ( s 488).
Göründüyü kimi bu Uca Adın gizli olduğu, bu yolda xüsusi əziyyət çəkib, məqam qazanmayan şəxslərə bildirilməyəcəyi aydın olur. O, hətta Həzrəti peyğəmbərimizin (SƏS) çox sevdiyi xanımı olsa belə.
Böyük ədəbi abidəmiz "Kitabi-Dədə Qorqud”da bu İsmin xüsusi qüvvəsi öz səciyyəsini tapıb: "Dəli Qarçar qılıcın əlinə aldı. Yuqarısından öygə ilə həmlə qıldı. Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut ayıtdı: "Çalırsan əlün qurısun!” - dedi. Həqq təalanın əmrilə Dəli Qarçarın əli yuqarıda asılu qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s56).
Göründüyü kimi Allahu-Təalanın İsmi-Əzəmini hər kəs bilməsə də, 99 adını oxumaqla onun içində bu Möhtəşəm Adı da oxuyuruq. Elə bu qayda ilə bir ay oruc tutanlar Qədr gecəsində də oruc tutub, böyük savab qazanıb, 80-ildən yuxarı ömürlərini xeyirli edə bilirlər. Hələ təsəvvür edin ki, hər il oruc tutanlar neçə min il gələcəyin savabını və xeyrini qazanmış olurlar. Bu baxımdan biz, Qədr gecəsinin hansı gecə olduğunun bəlli olmasını mümkün hesab etmirik. Bu elə bu gecənin məram və məqsədinin quruluşu baxımdan da bəlli bir gün kimi məlum olması açıq-aydın görünür ki, imkansızdır.
Biz diqqəti başqa bir istiqamətə də yönəltmək istəyirik. Uca Allah surənin son ayətində bildirir ki, "Səlamun hiyəhətta mətləil fəcr ( O gecə sübhə qələr səlamətlik olar). Əgər biz, Qədr gecəsinin konkret bir gün kimi qəbul etsək, o gecə hər hansısa bir salamatlıq olmazsa, o zaman ayət doğru yerini almış olmaz. Beləliklə qeyd etdiyimiz səbəblərdən biz, Qədr gecəsinin bəlli olmadığını, ancaq Ramazan ayının içindəki günlərdən biri olduğunu və Ramazan orucu tutanların o gecədən xeyir qazandığını qəbul edirik.
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ - FOTOLAR
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə
Ali Məhkəmə müflis bankların ödəmə tapşırıqları barədə vahid qərar verdi - DETALLAR
İranda aksiyalarda ölənlərin sayı artıb - 133 polis, 505 etirazçı...
“Mənsimov işi”nin gizlinləri: Neft maqnatı və onun "media qolu" iş adamını niyə "qaralayıb"?
"İranı dərhal tərk edin" - ABŞ-dan vətəndaşlarına xəbərdarlıq