"Tramp bir sözüylə Azərbaycana 10 milyon dollar qazandırdı" - İqtisadçıdan maraqlı təhlil

img

13-04-2018 [23:38]


"Trampın cəmi bir neçə işarəlik "Rusiya, hazır olsun, raketlər gələcək" tviti neft qiymətlərini 5 dollar qaldırdı".

Mia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 O bildirib ki, Azərbaycan son 4 gündə bu tvitə görə 10 milyon dollar əlavə gəlir əldə edib və bununla da ölkənin günlük gəliri ortalama 2,5 milyon dollara yaxın artıb: "Trampa böyük təşəkkür düşür. Rusiyanın günlük gəliri isə bu tvitə görə 40 mln. dollar artıb. ABŞ guya Rusiyanı sıxır, əslində isə bu ölkəyə yeganə təsir edən məqam neft qiymətləridir, sanksiyalar ciddi söhbət deyil, təsirləri azdır. Amma bu həm də test idi. Çünki bir tvitlə qalxan qiymətlər, bir tvitlə də enə bilər.

Ümumiiyyətlə, Trampın həmin tviti dünya birjalarında hər günə 100 mlrd. dollarlıq dalğalanma yaratdı. Çünki dünyada ABŞ-ın indiki prezidentinə güvən olmasa da, ölkənin gücünə inam böyükdür”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA