İş adamlarının 1 milyon 240 min avro vəsaitini mənimsəyən şəxs saxlanıldı

img

06-07-2017 [10:36]


2002-ci ildə Azərbaycanda təhsil aldığı dövrdə azərbaycanlı iş adamlarını aldadaraq onların 1 milyon 240 min avro vəsaitini mənimsəyən türkiyəli podratçı Əli Osman Kutanoğlu saxlanılıb. 

Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Ə.Kutanoğlu azərbaycanlı iş adamlarının pulunu Almaniyada villa satmaq adı ilə mənimsəyib. O, pulu mənimsədikdən sonra Türkiyəyə qayıdıb.

Azərbaycanlı iş adamları Türkiyə hüquq-mühafizə orqanlarına və Azərbaycan Ədliyyə Nazirliyinin xətti ilə İnterpola müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA