TALİBAN PAKİSTANA HÜCUM EDİB: əks zərbələrlə Əfqanistan qüvvələrinə ağır zərbə vurulub - İslamabaddan ard-arda xəbərdarlıqlar
12-10-2025 [13:47]
"Pakistan milli maraqlarını, regional suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir".
Mia.az xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Əfqanıstanın ölkəsinə gözlənilməz hücumuna münasibətdə deyib.
Ölkə başçısı bildirib ki, hər hansı bir hərəkət daha sərt cavabla qarşılanacaq.
O, daha sonra Əfqanıstanın taliban hökumətini Hindistanın işğalı altında olan Cammu və Kəşmirdəki məzlum xalqın azadlıq mübarizəsinə xəyanətdə ittiham edib: "Taliban bu mövqeyi ilə həm tarixə, həm də ümmətə arxa çevirib"
***
Rəsmi İslamabad Pakistan-Əfqanıstan sərhədindəki hadisələri təxribat sayıb və cavabsız buraxılmayacağını bəyan edib.
Bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, "Taliban" hökumətinin sərhəd boyunca səbəbsiz atəş açması və basqınları ciddi təxribat kimi qiymətləndirilir: "Pakistanın cavab zərbələri "Taliban"ın infrastrukturuna yönəlib və Əfqanıstan torpağından fəaliyyət göstərən terror elementlərini zərərsizləşdirməyə xidmət edir".
O qeyd edib ki, Pakistanın müdafiə xarakterli cavabı sülhpərvər əfqan mülki əhalisini hədəf almır: "Taliban" qüvvələrindən fərqli olaraq, biz mülki itkilərin qarşısını almaq üçün son dərəcə ehtiyatlı davranırıq".
XİN rəhbərinin sözlərinə görə, onlar "Taliban" hökumətindən terrorçu elementlərə və himayədarlarına qarşı konkret tədbirlər görülməsini gözləyir.
"Pakistan öz ərazisini, suverenliyini və xalqını qorumaq üçün bütün mümkün tədbirləri görəcək", - Dar vurğulayıb.
***
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini qınayıb.
Şahbaz Şərif bildirib ki, Pakistan Ordusu Əfqanıstana güclü cavab verib və bir neçə əfqan postunu məhv edərək onları geri çəkilməyə məcbur edib.
Baş nazir vurğulayıb ki, hər bir təxribata güclü və təsirli şəkildə cavab veriləcək.
***
Pakistan Əfqanıstanla sərhədində Taliban yaraqlılarının hücumunu dəf etmək üçün təyyarə və pilotsuz uçuş aparatlarını havaya qaldırıb.
Bu barədə "Dawn" qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, silahlı toqquşmalar Anqor-Adda, Badjaur, Kurram, Dir, Çitral (Xeyber Paxtunxva əyaləti) və Baram-Çah (Bəlucistan əyaləti) şəhərlərində baş verib.
Təhlükəsizlik mənbələri Əfqanıstan qüvvələrinin böyük itki verdiyini bildiriblər.
Bundan başqa, artilleriya, tanklar, yüngül və ağır silahlar, təyyarələr və pilotsuz uçuş aparatlarından istifadə etməklə Əfqanıstandakı yaraqlıların bazalarına zərbələr endirilir.
"İŞİD terrorçularının Əfqanıstanda Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən düşərgələrinə və sığınacaqlarına zərbələr endirilir və Taliban bir neçə bölgədən geri çəkilib", - Pakistan Dövlət Radiosu xəbər verib(Report).
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub