Ərdoğan Misirə gedir, İran, İsrailı, Qətər və... - Tarixi Sülh Sammitinə hazırlıq yekunlaşıb

img

13-10-2025 [00:22]


Bu gün Şarm əl-Şeyx şəhərində prezident İlham Əliyev, ABŞ lideri Donald Trampın da iştirak edəcəyi Qəzza ilə bağlı Sülh Sammitində iştirak etmək üçün Rəcəb Tayyib Ərdoğan da Misirə gedir.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, səfər bu gün gerçəkləşəcək.

Misir dövlət televiziyasının məlumatına görə, şəhərdə Şarm əl-Şeyx Sülh Sammiti üçün təhlükəsizlik və maddi-texniki təchizat hazırlıqları yekunlaşıb: ""Şarm əl-Şeyx Sülh Zirvəsi" adlı sammit bu gün günortadan sonra şəhərin konfrans mərkəzində keçiriləcək. Sammitin məqsədi “Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün səyləri gücləndirmək və regional təhlükəsizlik üçün yeni səhifə açmaqdır".

Xəbərdə deyilir ki, sammitdə Tramp, İlham Əliyev, Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, İngiltərə Baş naziri Keir Starmer, İspaniya Baş naziri Pedro Sançes, İtaliya Baş naziri Giorgia Meloni, Pakistan Baş naziri Şahbaz Şərif, Almaniya kansleri Fridrix Merz, İran Prezidentinin də daxil olduğu 20-dən çox liderin qatılacaq: "Sammitə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Tramp sədrlik edəcək".

Bu arada isə İranın Təsnim Xəbər Agentliyi sammitə heç İran rəsmisinin iştirak etməyəcəyi haqda məlumat yayıb.

Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İndoneziyadan isə tədbirə qatılanların olacağı deyilir.

İsrail hpkumətindən bildirilib ki, sammitə təmsil olunmayacaqlar

Yeri gəlmişkən, BMT-nin baş katibi Antonio Quterreş və Avropa Şurasının sədri Antonio Kosta sammitə qatılacaq.

Lamiyə Əhmədli
MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA